Kunq Fu Federasiyasının idarə heyətinin iclasında…

3 May 2018 14:03

Xəbər 1688 dəfə oxunub

Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib.Azərtac xəbər verir ki, Federasiyanın prezidenti Nurlan Aslanov Federasiyanın qarşısında duran vəzifələrdən danışıb. Daha sonra idarə heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb. Kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov ümumi işlər üzrə, iş adamı Tural Alişanlı isə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident vəzifələrinə təyin ediliblər. Həmçinin dünya və Avropa çempionu Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, dünya və Avropa çempionu Ramin Allahverdiyev böyüklər üzrə baş məşqçi, dünya çempionatının mükafatçısı Aqil Mustafayev gənclərdən ibarət komandanın baş məşqçisi, İntizarə Məmmədova isə mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Yeniyetmə komandalar arasında baş məşqçi vəzifəsi dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib.Sonda bu il keçiriləcək yerli və beynəlxalq yarışlara hazırlıq işləri müzakirə edilib.xeber100.com