“Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışına start verilib

2 Sentyabr 2023 13:23

Xəbər 412 dəfə oxunub

Mingəçevirdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək” adlı açıq suda kütləvi üzmə yarışına start verilib.

Kür çayının iki sahili arasında keçirilən yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı şəxslər iştirak edirlər.

İkinci dəfə baş tutan yarışda peşəkarlar və həvəskarlar 300 metr məsafəni qət etməlidirlər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı ötən il əvvəlcə dənizdə (“Xəzər dalğası”), ardınca isə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Yarış su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilir.xeber100.com