Küveyt Futbol Assosiasiyasının müraciəti

18 Avqust 2017 12:05

Xəbər 1249 dəfə oxunub

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.xeber100.com