Koreya Respublikasının xarici işlər naziri xanım Kan Kyun-hva Tokioda yaponiyalı həmkarı Taro Koni ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə-raket məsələsini müzakirə edəcək.Azərtac xəbər verir ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Şimali Koreyanın sonuncu və ən güclü ballistik raket sınağından sonra KXDR-in özünü nüvə dövləti elan etməsi ilə yaranmış vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.Koreya Respublikası Tokioda keçiriləcək görüşlərdə digər məsələləri, o cümlədən yapon istilası zamanı Koreya qadınlarının seks köləsi kimi istifadə olunması mövzusunu da gündəmə gətirəcəyini bəyan edib. 2015-ci ildən həmin məsələyə dair mübahisələrə görə iki ölkə arasında siyasi münasibətlərdə soyuqluq yaranmışdı.Rəsmi Seulun mövqeyinə əsasən, İkinci Dünya müharibəsi zamanı əksəriyyəti koreyalı olmaqla 200 mindən çox qadın seks köləsi kimi xidmət göstərməyə məcbur edilib. Yaponiya isə bu iddiaları qəbul etmir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…