Yaponiyanın müdafiə naziri Tomomi İnada Rusiyanın cənubi Kuril adalarına hərbi diviziya və “yer-gəmi” tipli raketlərin yerləşdirilməsi barədə qərarına etirazını bildirib.Kyodo agentliyinin yaydığı məlumata görə, Yaponiyanın müdafiə naziri bu bəyanatə Tokioda Rusiyanın müdafiə naziri Serqey Şoyqu ilə görüşü zamanı verib.Rusiya 2016-cı ildə cənubi Kuril adalarına daxil olan İturup və Kunaşirdə “Bastion” və “Bal” raket komplekslərini yerləşdirib. 2015-ci ildə isə həmin ərazidə “Tor-M2U” raket kompleksləri hərbi növbəyə qoyulub. Hazırda Böyük Kuril adaları silsiləsində Sakit okean donanması üçün bazanın yaradılması imkanları araşdırılır.Bundan əlavə, fevral ayında Rusiyanın müdafiə naziri bildirib ki, cari ildə Kurilin də müdafiəsini həyata keçirəcək dörd yeni diviziyanın yaradılması başa çatdırılacaq. Bu, rəsmi Tokio tərəfindən çox mənfi qarşılanıb. Yaponiya Rusiyaya etiraz edərək Kuril adalarında Rusiyanın hərbi iştirakının möhkəmləndirilməsinin Tokionun maraqlarına uyğun gəlmədiyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…