Kyodo agentliyinin yaydığı məlumata görə, ABŞ Okinava adasındakı Kadena aviabazasında Şimali Koreya tərəfindən hücuma qarşı təlimlər keçirib.Təlimlər aprelin 12-dən 14-dək təşkil edilsə də, bu barədə məlumat yalnız aprelin 15-də açıqlanıb. Təlimlər Koreya yarımadasında vəziyyətin gərginləşməsi fonunda Şimali Koreyanın hücumunun qarşısının alınması məqsədilə keçirilib. Aprelin 4-də Şimali Koreyanın növbəti raket sınağından sonra ABŞ-ın Şimali Koreyaya hücumu mövzusu Yaponiyada ən aktual məsələyə çevrilib.Suriyaya baş tutan raket zərbələrindən sonra ABŞ Prezidenti Donald Trampın Şimali Koreyaya qarşı bütün variantların baxıldığı barədə bəyanatı, eyni zamanda, bu ölkəyə məxsus dəniz zərbə qrupunun Koreya yarımadasına göndərilməsi Yaponiya və Cənubi Koreyada ciddi narahatlıq doğurub.ABŞ-ın müttəfiqi olan hər iki ölkə Vaşinqtonun Şimali Koreyaya qarşı istənilən addımını dəstəkləmək məcburiyyətindədir. Bununla yanaşı, bu ölkələrdə yaxşı başa düşürlər ki, Şimali Koreyanın cavab atəşlərinin hədəfi məhz həmin ərazilərdəki ABŞ bazaları olacaq. Bunu nəzərə alan Yaponiya artıq ABŞ-dan hücum olacağı təqdirdə mütləq əvvəlcədən xəbərdarlıq olunmasını tələb edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…