Kyodo agentliyinin yaydığı məlumata görə, Yaponiyaya yağan güclü qar bir sıra yerlərdə fəsadlar törədib. Belə ki, Tottori prefekturasının Kurayoşi şəhərində yağan güclü qar nəticəsində 1300 ailə elektrik enerjisiz qalıb.Güclü qar Tottori ilə yanaşı, Okayama və Hiroşima prefekturalarında nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Qatarlar fasilələrlə hərəkət edir. Naqoya və Osaka şəhərləri arasında sürətli qatarların hərəkət sürəti zəifləyib. Vakayama prefekturasında təqribən 40 nəfər sərnişin 90 dəqiqə ərzində Koyasan dağına qalxan funikulyorda qalıb.Son sutkalar ərzində Yaponiyanın qərbinə 40 santimetrdən çox qar yağıb. Paytaxt Tokioya yağan qar havanın temperaturunun müsbət 9 dərəcə olması səbəbindən tezliklə əriyib. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, ölkə ərazisində güclü qar bazar gününədək davam edə bilər.xeber100.co
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…