“L Equipe” nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb

28 Dekabr 2020 13:51

Xəbər 553 dəfə oxunub

Fransanın “L Equipe” nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.Azərtac xəbər verir ki, ən yaxşı idmançı adına “Mercedes”in pilotu Luis Hamilton layiq görülüb. Britaniyalı sürücü bu il “Formula 1” üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.Norveçli Marte Olsbü-Royselann ən yaxşı qadın idmançı seçilib. 30 yaşlı biatlonçu dünya çempionatında 7 medal qazanıb. Medallardan 5-i qızıl, 2-si bürünc əyarlı olub.xeber100.com