La Liqa oyunlarının 35 gün ərzində keçirilməyi planlaşdırılır

13 May 2020 09:46

Xəbər 510 dəfə oxunub

La Liqa prezidenti Xavyer Tabes çempionatın mümkün bərpası haqda danışıb.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, o, çempionat bərpa olunacağı təqdirdə, hər gün oyunların keçirilə biləcəyini deyib: “Mövsümün nə vaxt bərpa olunacağını dəqiq bilmirəm. Hər şey koronavirusla bağlı vəziyyətdən asılı olacaq. La Liqa oyunlarını hər gün olmaqla 35 gün ərzində keçirməyi planlaşdırırıq. Startdan bir gün əvvələ qədər futbolçular koronavirus testindən keçəcəklər”.Qeyd edək ki, La Liqanın iyunun 12-si və ya iyunun 19-u bərpası planlaşdırılır.xeber100.com