La Liqada çıxış edən klubların reytinq siyahısı hazırlanıb

9 May 2020 19:53

Xəbər 432 dəfə oxunub

“Transfermarkt” saytı La Liqada çıxış edən klubların ən bahalı heyətə malik gənclərdən ibarət komandalarının reytinq siyahısını hazırlayıb.Azərtac xəbər verir ki, siyahıya 34,02 milyon avro ilə “Barselona” başçılıq edir. İkinci yeri “Real Madrid” klubunun ikinci komandası – “Kastilya” (30,45 milyon) tutub. Sonrakı üç pillədə isə “Atletiko” (16,73 milyon), “Real Sosiedad” (7,35) və “Atletik” (6,95 milyon) komandaları qərarlaşıblar.Siyahının sonuncu pilləsində isə 800 min avro ilə “Leqanes” klubunun gənclərdən ibarət komandası yer alıb.xeber100.com