İtaliyanın nüfuzlu “La Stampa” qəzetinin jurnalisti Cordano Stabile sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə “Dağlıq Qarabağ, dronlar və muzdlular ilə səciyyələnən münaqişə yenidən alovlanır. Azərbaycan səfiri deyir ki, əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır” sərlövhəli məqaləsində Azərtac-ın məlumatına görə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsindəki fikirlərə geniş yer verib.Azərtac xəbər verir ki, məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüz törətməsi fonunda təmas xəttində gərgin döyüşlərin getdiyi, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü və ən müasir hərbi texniki vasitələr ilə təxribatlara cavab verdiyi, bu təxribatların davam edəcəyi təqdirdə erməni tərəfinin davamlı şəkildə hərbi texnika və canlı qüvvə itkisinə məruz qalacağı qeyd olunur.Jurnalistin Azərbaycanın dialoq üçün şərtlərinin nə olduğu sualına cavabında səfir Məmməd Əhmədzadə qeyd edir: “Dialoqa apara bilən yeganə yol 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasıdır. Otuz ildən çoxdur ki, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalı altındadır. Bir milyondan çox vətəndaşımız öz doğma yurdundan zorla qovularaq qaçqın və məcburi köçünə çevrilib. Təxminən otuz ildir davam edən danışıqlar heç bir nəticə verməyib”. Cordano Stabile məqaləsində böyük maliyyə imkanlarına malik Azərbaycanın son illər öz silahlı qüvvələrinin potensialını artırmaq üçün müasir silahlar aldığını bildirib. Jurnalistin Azərbaycanın bu silahları necə əldə etməsinə dair sualına cavab verən diplomat bildirib: “Biz müdafiə qabiliyyətimizi daha da gücləndirmək üçün bütün mümkün təchizatçılardan bazar qiymətinə silah alırıq və bunu həmişə açıq bəyan edirik. Soruşmaq lazımdır ki, Ermənistan kimi kasıb, maliyyə resursları olmayan və borc içində boğulan bir ölkə bu qədər silahı necə alır? Sirr deyil ki, 12 iyul hadisələrindən sonra Ermənistana müxtəlif istiqamətlərdən min tondan çox hərbi yük idxal edilib”. Məqalədə M.Əhmədzadənin fikirlərinə istinadən qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı qəfil hücum etmək üçün yeni müharibəyə hazırlaşmış və sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və ağır artilleriya qurğularından atəşə məruz qoymaqla növbəti təxribata başladı. “Azərbaycanın digər ölkələrin ərazisində heç bir hərbi məqsədi yoxdur. Sual olunmalıdır, Ermənistan qoşunları bizim torpaqlarda nə edir?”, – deyə M.Əhmədzadə bildirir.Eyni zamanda, jurnalistin sualına cavab olaraq guya Azərbaycan Ordusunun tərkibində Yaxın Şərqdən gətirilən muzdluların döyüşməsi barədə Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə ortaya atılmış dezinformasiyaya da münasibət bildirən diplomat deyib: “Azərbaycan Ordusu öz ərazilərinin və xalqının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Azərbaycanın lazımi təlim görmüş ordusu və səfərbər olunmaq üçün potensial ehtiyat qüvvəsi var. İki milyon əhalisi olan Ermənistanla müqayisədə 10 milyon nəfər əhaliyə malik ölkəmizin insan resurslarına ehtiyac yoxdur”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…