Laparoskopik cərrahiyyə üzrə təlimə başlanılıb

9 İyun 2016 16:08

Xəbər 1112 dəfə oxunub

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlimə başlanılıb. ADHTİ-dən Azərtac-a verilən məlumata görə, təlimi giriş sözü ilə açan rektor, professor Nazim Qasımov cərrahiyyədə laparoskopik diaqnostik və müalicə metodlarının üstünlüklərindən danışıb. “Son illərdə Səhiyyə Nazirliyi bu metodikaları yüksək səviyyədə mənimsəmiş kadrların hazırlanmasını vacib məsələ kimi qarşımıza qoyub. İndiyədək hazırladığımız həkim-mütəxəssislər yerlərdə bu tip əməliyyatları müvəffəqiyyətlə yerinə yetirirlər. Onlar laparoskopik metodları məhz xarici ölkələrdə deyil, bilavasitə ADHTİ-nin bazasında son üç ildə təşkil olunmuş ixtisasartırma kursları və treninqlər vasitəsilə mənimsəyiblər. Tələbatın böyük olduğunu nəzərə alaraq bu gün ümumi cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə təlim təşkil etmişik. Təlimin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb”, – deyə N.Qasımov bildirib. Təlim öz işini plenar iclaslarla davam etdirib. “İxtisaslaşmış cərrahiyyədə laparoskopiyanın yeri və perspektivləri”, “Laparoskopik cərrahiyyənin dünəni, bu günü və sabahı: reallıqlar və perspektivlər”, ”Urologiyada laparoskopiyanın yeri” mövzularında məruzələr dinlənilib, suallar cavablandırılıb. Sonra təlim iştirakçıları üçün təcrübi məşğələlər təşkil olunub və onlara laparoskopik cərrahiyyənin əsasları çatdırılıb. Növbəti günlərdə təlim iştirakçıları laparoskopik cərrahiyyənin aktual məsələlərinə həsr olunmuş açıq mühazirələrlə yanaşı, videomühazirələr dınləyəcək, təcrübi məşğələlərdə cərrahi texnikalar haqqında məlumat alacaqlar. Təlimin axırıncı günü – iyunun 10-da isə bütün iştirakçılar üçün canlı əməliyyatlar nümayiş olunacaq. Xüsusi hazırlanmış metodla təlimçilərin təlim və didaktiv qabiliyyətləri qiymətləndiriləcək. Eyni zamanda, rezidentlərin də təcrübi vərdişləri və nəzəri baza biliklərinin səviyyəsi müəyyən ediləcək. Sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05