“Lazio” futbol klubu “İnter” komandasını qəbul edib

30 Oktyabr 2018 14:29

Xəbər 729 dəfə oxunub

Oktyabrın 30-da İtaliya çempionatının 10-cu turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun maraq doğuran oyunu “Olimpiko” stadionunda keçirilib. “Lazio” klubu “İnter” komandasını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Neradruzuri”nin heyətində Mauro İkardi (2) və Marselo Brozoviç fərqlənib.Bu qələbədən sonra “İnter” xallarının sayini 22-yə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Lazio” isə 18 xalla 4-cü yerdə qərarlaşıb.İtaliya A Seriyasının 11-ci turunda “İnter” noyabrın 3-də “Genoa” klubunu qəbul edəcək. “Lazio” isə səfərdə SPAL komandası ilə üz-üzə gələcək.xeber100.com