“Le Figaro” nəşri ən sürətli qaçan 3 futbolçunun adını açıqlayıb

18 Aprel 2020 22:52

Xəbər 540 dəfə oxunub

Fransanın “Le Figaro” nəşri cari mövsümün ən sürətli qaçan 3 futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe siyahıda birincidir. Fransız hücumçu cari mövsümün qarşılaşmalarının birində saatda 36 kilometr sürətlə qaçıb.İspaniyanın “Atletik” komandasının futbolçusu İnyaki Uilyams (35,7 km/saat) ikinci, İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə üçüncü sırada qərarlaşıb.xeber100.com