“Le Monde” qəzeti yazır…

26 May 2018 20:54

Xəbər 1066 dəfə oxunub

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platini üzərindən korrupsiya ittihamını geri götürüb.Apa-nın məlumatına görə, bu barədə “Le Monde” qəzeti xəbər verib.Qərara dəlil-sübutların yetərincə olmadığı göstərilib.Qeyd edək ki, Mişel Platini 2016-ci il, sentyabrın 14-də UEFA prezidenti postunu tərk edib.UEFA-nın keçmiş prezidenti M. Platini və FİFA-nın sabiq prezidenti Yozef Blatterin FİFA-nın etika üzrə Komitəsi tərəfindən futbol sahəsində fəaliyyətdən uzaqlaşdırılması pul köçürməsi ilə bağlıdır. J. Blatter 2011-ci ildə, FİFA prezidenti olduğu dönəmdə FİFA-nın hesabından M. Platininin hesabına 2 milyon İsveç frankı köçürüb. Komitə J. Blatterin M. Platini ilə şifahi razılaşma əsasında bu pul köçürməsinin həyata keçirildiyi barədə sözlərini inandırıcı saymayıb. J. Blatter və M. Platini həmçinin FİFA-nın etika kodeksinin bir sıra bəndlərini pozmaqda günahkar sayılıblar.xeber100.com