“Legends of Azerbaijan” adlı turnir keçiriləcək

4 Fevral 2017 11:50

Xəbər 969 dəfə oxunub

Martın sonu və aprelin əvvəlində Bakıda K-1 döyüş növü üzrə “Legends of Azerbaijan” adlı turnir keçiriləcək.Azərtac xəbər verir ki, bu sözləri fevralın 4-də Bakıda təşkil olunan mətbuat konfransında K-1 döyüş növünün Azərbaycan və Yaxın Şərq üzrə rəsmisi Elnur Məmmədov deyib.E.Məmmədov bildirib ki, turnirə ölkəmizin güclü idmançıları ilə yanaşı, dünyanın tanınmış döyüşçüləri qatılacaqlar.Döyüşçülərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən E.Məmmədov K-1 döyüş növünün ölkəmizdə inkişaf istiqamətləri barədə məlumat verib.Sonra E.Məmmədov jurnalistlərin suallarını cavablandırıb.xeber100.com