“Lester” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

11 Aprel 2023 15:15

Xəbər 365 dəfə oxunub

İngiltərənin “Lester” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Brendan Rocersin istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Din Smit təyin edilib. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb. Mütəxəssisin məşqçilər heyətində Kreyq Şekspir və “Çelsi”nin sabiq futbolçusu Con Terri də yer alacaqlar.

Qeyd edək ki, “Lester” İngiltərə Premyer Liqasında 30 turdan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.xeber100.com