“Leyptsiq” komandasının hücumçusu transferini bitirmək üzrədir

30 May 2020 20:58

Xəbər 651 dəfə oxunub

İngiltərənin “Liverpul” futbol klubu Almaniyanın “Leyptsiq” komandasının hücumçusu Timo Vernerin transferini bitirmək üzrədir.Azərtac xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçuya illik 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Almaniyalı futbolçunun yaxın günlərdə “Liverpul”la rəsmi müqavilə imzalayacağı iddia olunub.Xatırladaq ki, T.Verner cari mövsümdə 39 matçda 30 qol vurub və 12 məhsuldar ötürmə edib.xeber100.com