Dekabrın 9-da Madriddə “Libertadores-2018” kubokunun final oyunu keçiriləcək. Azərtac bildirir ki, həmin gün şəhərdə təhlükəsizliyin təmin olunması üçün bir neçə min asayiş keşikçisi cəlb ediləcək.İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, dekabrın 9-da “River Pleyt” və “Boka Xuniors” komandaları arasında final oyununa tamaşa etmək üçün xüsusilə aqressiv əhval-ruhiyyəli 500-ə yaxın azarkeş gələcək. Həmin matçın neytral ərazidə keçirilməsi barədə qərar futbol fanatlarının Argentina küçələrində törətdiyi kütləvi iğtişaşlardan sonra qəbul edilib.Dekabrın 9-da “Sanytaqo Bernabeu” stadionunun ətrafında təqribən 3 min polis işçisi cəmləşəcək və təcili yardım maşınları növbə çəkəcəklər. Həm oyunçular və futbol azarkeşləri, həm də Madridin sakinləri üçün təhlükəsiz şərait yaratmaq məqsədilə büdcədən 150.000 avrodan artıq vəsait ayrılıb. Stadionun bilavasitə yaxınlığında yerləşən kiçik mağazaların, apteklərin və mətbuat köşklərinin sahibləri vitrinlərin qapılarını möhkəm bağlamağı və özləri üçün istirahət günü təşkil etməyi planlaşdırırlar.”Libertadores-2018″ kubokunun final oyununu noyabrın 24-də “River Pleyt” klubunun stadionunda keçirmək nəzərdə tutulurdu, lakin oyunun başlanmasına bir neçə saat qalmış aqressiv əhval-ruhiyyəli azarkeşlər əllərinə keçən əşyaları içərisində futbolçular olan avtobusa atmağa başlayıblar. Nəticədə oyunçulardan biri yaralanıb və bununla əlaqədar final oyununun başqa yerdə keçirilməsi qərara alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…