“Lill” futbol klubu daha bir türkiyəli futbolçunu transfer edib

14 Sentyabr 2020 14:35

Xəbər 479 dəfə oxunub

Türkiyənin “Qalatasaray” futbol klubu ilə müqavilə müddəti bitən Mustafa Kapı Fransanın “Lill” komandasına transfer olunub.Azərtac Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı türkiyəli yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalanıb. Bu keçid üçün “Lill”in “Qalatasaray”a 300 min avro yetişdirmə haqqı ödədiyi bildirilib.Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz da “Lill”ə transfer olunub.xeber100.com