Türkiyədə təşkil olunan “Limra Cup” beynəlxalq turnirində növbəti qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası iki matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” öncə Azərbaycanın digər təmsilçisi “Təhsil”lə üz-üzə gəliblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 1:0 hesabı ilə qalib gəlib. Həlledici qolu Ömər Kərimov vurub. Günün digər matçında “Qəbələ” Rusiya “Lokomotiv”i ilə qarşılaşıb. “Qırmızı-qaralar” bu görüşdə də eyni hesabla qələbə qazanıblar – 1:0. Ömər Ağababayevin qolu komandamızın ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.Bunadək “Manavqatspor”a 10:0, “BD Spor”a 4:0, “Kəmər Kartalları”na 6:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 15-ə çatdırıb. Turnirin lideri olan komandamız sonuncu matçını 4 oyunda 12 xal toplayan “Beşiktaş”a qarşı keçirəcək.Yeddi komandanın iştirak etdiyi turnir dairəvi sistem üzrə təşkil olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…