Hazırkı dünya çempionu Maqnus Karlsen və dünyanın ən yaxşı 11 şahmatçısı “Lindores Abbey Rapid Challange” onlayn şahmat turnirində mübarizə aparacaqlar.Azərtac “Chess24.com” saytına istinadla xəbər verir ki, bu, M.Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin ikinci mərhələsidir. Yarışın mükafat fondu 300 min ABŞ dollarıdır.Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Aprelin 18-dən mayın 3-dək keçirilən turnirin finalında amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qalib olub.Seriyanın üçüncü mərhələsi “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək.Avqustun 9-dan 20-dək isə “Grand Final” keçiriləcək.Beş turnirdən ibarət seriya yarışının ümumi mükafat fondu 1 milyon ABŞ dollarıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…