“Liqui Moly” şirkəti Formula 1-in rəsmi sponsoru olub

9 İyun 2020 11:59

Xəbər 670 dəfə oxunub

Almaniyanın motor yağları istehsalçısı “Liqui Moly” şirkəti Formula 1-in rəsmi sponsoru olub.Azərtac xəbər verir ki, tərəflər arasında üçillik müqavilə imzalanıb. Əməkdaşlıq iyulun 12-də Avstriyada təşkil olunacaq ikinci Qran-Pridə başlayacaq.Şirkət Formula 1 ilə ötən ildən əməkdaşlıq edir. Belə ki, həmin vaxt şirkət Formula 1-in regional sponsoru olub. Yeni müqavilə isə daha qlobal xarakter daşıyır.xeber100.com