Lissabonda karantin rejimi yenidən sərtləşdirilib

23 İyun 2020 13:57

Xəbər 1043 dəfə oxunub

Portuqaliya hökuməti koronavirusa yoluxanların sayının artması ilə əlaqədar iyunun 23-dən etibarən Lissabonda, eləcə də şəhərə bitişik olan regionda (Lissabon, Sintra, Amadora, lures və Odivelas) karantin məhdudiyyətlərini yenidən sərtləşdirib.Azərtac xəbər verir ki, Portuqaliyanın Baş Naziri Antonio Koştunun sözlərinə görə, karantin məhdudiyyətlərinin tətbiq edildiyi 15 bələdiyyə ərazisindəki bütün mağazalara, həmçinin xidmət obyektlərinə axşam saat səkkizdən sonra işləməyə icazə verilmir. Yeni məhdudiyyətlərə əsasən 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur.Rəsmi məlumatlara görə, mayın 21-dən iyunun 21-dək Portuqaliyada koronavirusa yoluxanların sayı 9 min 222 nəfərə çatıb. Ən yüksək yoluxma halları Lissabonda və Teju çayı vadisində müşahidə olunur.Karantin rejimini pozanlar Portuqaliya Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.xeber100.com

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44