Portuqaliya hökuməti koronavirusa yoluxanların sayının artması ilə əlaqədar iyunun 23-dən etibarən Lissabonda, eləcə də şəhərə bitişik olan regionda (Lissabon, Sintra, Amadora, lures və Odivelas) karantin məhdudiyyətlərini yenidən sərtləşdirib.Azərtac xəbər verir ki, Portuqaliyanın Baş Naziri Antonio Koştunun sözlərinə görə, karantin məhdudiyyətlərinin tətbiq edildiyi 15 bələdiyyə ərazisindəki bütün mağazalara, həmçinin xidmət obyektlərinə axşam saat səkkizdən sonra işləməyə icazə verilmir. Yeni məhdudiyyətlərə əsasən 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur.Rəsmi məlumatlara görə, mayın 21-dən iyunun 21-dək Portuqaliyada koronavirusa yoluxanların sayı 9 min 222 nəfərə çatıb. Ən yüksək yoluxma halları Lissabonda və Teju çayı vadisində müşahidə olunur.Karantin rejimini pozanlar Portuqaliya Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…