Lissabonda Məşqçilərin XIII Dünya Konqresi keçiriləcək

11 Sentyabr 2019 09:41

Xəbər 509 dəfə oxunub

2021-ci il iyunun 4-6-da Lissabonda Məşqçilərin XIII Dünya Konqresi keçiriləcək.Portuqaliya Məşqçilər Konfederasiyasının prezidenti Pedro Sekeyranın sözlərinə görə, konqres çərçivəsində idman hazırlığı sahəsində mühazirələr oxunacaq. O deyib: “Bu hadisə bütün idman agentlərini maraqlandırır. Mən əminəm ki, bu konqresdə çox şey öyrənəcəyik”.Qeyd edək ki, Lissabon 2021-ci ildə Avropanın idman paytaxtı olacaq. Ölkə 2021-ci ilə qədər idman infrastrukturunun inkişafına 26 milyon avro yatırmağı planlaşdırır.xeber100.com