İyunun 5-də Rusiya ilə Litvanın sərhədində qoruyucu hasar tikintisi başlayır. Litva Dövlət Sərhədini Mühafizə Xidmətindən verilən məlumata görə, bu ilin sonuna qədər sərhədin Litva tərəfində uzunluğu 44,6 kilometr olan hasar tikiləcək.Hasarın birinci sütunu Litvanın Şakyayski rayonunun Raminişkes kəndi hüdudlarında basdırılacaq. İşlərin ümumi dəyəri 1,335 milyon avro olacaq. Bu vəsait Litva büdcəsindən ayrılıb.Kalininqrad vilayəti ilə dövlət sərhədi boyunca hündürlüyü təxminən 2 metr olan metal seqmentlərdən ibarət hasar tikiləcək. Bu hasar Viştitis (Viştınets) gölünün yaxınlığında Litva, Polşa və Rusiya üçtərəfli dövlət sərhədlərinin kəsişmə nöqtəsindən başlayan sahələrdə hissə-hissə tikilməklə, Şakyayski və Vilkavişski rayonlarında Neman çayına qədər davam edəcək. 2020-ci ilə qədər Belarus ilə Litvanın sərhədində də hasar tikilməsi nəzərdə tutulur. Litvalı hüquq mühafizəçilərinin sözlərinə görə, bu hasarların tikilməsində məqsəd qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək və qeyri-leqal miqrasiyadan qorunmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…