Litvada şahmat festivalı keçirilir

9 İyun 2016 16:13

Xəbər 844 dəfə oxunub

Litvanın Panevejis şəhərində şahmat festivalı keçirilir. Festivalın proqramına beş turnir daxildir. Azərtac xəbər verir ki, turnirdə Azərbaycan nümayəndələri qrossmeyster Azər Mirzəyev və FİDE ustası Rüstəm Bünyadov iştirak edirlər. Qrossmeysterlərin turnirində dörd turdan sonra 4 xal toplayan polşalı şahmatçı Marsel Kanarek liderdir. Rusiyalı Sergey Matsenko liderdən bir xal, Azərbaycan təmsilçisi Azər Mirzəyev 1,5 xal geri qalır. Beynəlxalq usta normasını nəzərdə tutan turnirdə 4 xalla ev sahibi Titas Stremaviçyus irəlidədir, rusiyalı Mixail Bereslavski bir xal geri qalır. Azərbaycan şahmatçısı Rüstəm Bünyadov 2 xalla beşinci yerdədir.xeber100.com