Dekabrın 12-də UEFA Çempionlar Liqasında altıncı turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması İngiltərənin “Enfild” stadionunda baş tutub. Çempionlar Liqasının son finalçısı “Liverpul” doğma meydanda İtaliyanın “Napoli” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolun müəllifi 34-cü dəqiqədə misirli Məhəmməd Salah olub.Qrupun digər oyununda “PSJ” klubu Serbiyada “Srvena Zvezda”nı məğlub edib-4:1. Nəticədə “PSJ” birinci, “Liverpul” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Napoli” isə üçüncü yerin sahibi kimi mübarizəni Avropa liqasında davam etdirəcək.B qrupunda vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin etmiş “Barselona” klubu doğma meydanda İngiltərənin “Tottenhem” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə növbəti mərhələyə çıxmaq üçün “Tottenhem” klubuna kifayət edib. Qrupun “İnter”-“PSV Eyndhoven” digər oyununda da eyni hesablı nəticə qeydə alınıb. Qrup mərhələsini “Barselona” klubu 14 xalla lider kimi başa vurub, aktivində 8 xalı olan “Tottenhem” ikinci, eyni xala malik “İnter” üçüncü yerdə qərarlaşıb. “PSV Eyndhoven” isə 2 xalla qrup mərhələsini dördüncü yerdə başa vurub.Turun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Beləliklə, “Portu” qrup lideri (16), “Şalke” (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar. İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. “Lokomotiv” isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.A qrupunda yer alan “Atletiko Madrid” (İspaniya) klubu səfərdə Belçikanın “Brügge” komandası ilə üz üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Qrupun digər oyununda “Borussiya Dortmund” (Almaniya) səfərdə Fransanın “Monako” klubunun qapısından iki cavabsız top keçirib.Bu qələbə sayəsində almanlar 13 xalla qrup mərhələsini lider kimi başa vurublar, eyni xala malik olan “Atletiko Madrid” isə şəxsi oyunların nəticəsinə əsasən ikinci yerdə qərarlaşıb. “Brügge” 6 xalla üçüncü, “Monako” isə 1 xalla sonuncu yerdədir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…