İngiltərənin “Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salah ilə yeni müqavilə bağlayıb.Azərtac xəbər verir ki, 26 yaşlı futbolçu daha beş il “Liverpul” klubunun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfləri də açıqlanıb.Salahın həftəlik məvacibi 100 min funtdan 200 min funtadək artıb. Beləliklə, misirli futbolçu “Liverpul” klubunun tarixində ən çox qazanan oyunçu olub. Bununla belə, Məhəmməd Salah Premyer Liqada ən çox pul qazanan on futbolçu arasında səkkizinci yerdədir. O, David De Xeya (“Mançester Yunayted”) və Eden Hazardı (“Çelsi”) qabaqlayır. Aldıqları məvaciblərə görə, Məhəmməd Salahı İngiltərə Premyer Liqasında Serxio Aquyero (“Mançester Siti”, 220 min funt), Romelu Lukaku (“Mançester Yunayted”, 250min funt), Kevin De Brüyne (“Mançester Siti”, 280min funt), Pol Poqba (“Mançester Yunayted”, 290 min funt ), Mesut Özil (“Arsenal”, 300 min funt), Hari Keyn (“Tottenxem”, 300 min funt) və Aleksis Sançes (“Mançester Yunayted”, 350 min funt) qabaqlayırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…