“Liverpul” futbol klubunun məlumatına görə…

17 Yanvar 2019 14:24

Xəbər 571 dəfə oxunub

“Liverpul”un seneqallı hücumçusu Sadio Mane Premyer Liqadakı çempionluq yarışı haqqında danışıb.Milli.Az xəbər verir ki, 26 yaşlı futbolçu bu mövsüm çempion olacaqlarını deyib:
“İnsanların komandanı uğursuzluqda günahlandırmasını eşitmək asan deyil. Amma biz bunu görməməzlikdən gəlirik və öz oyunumuza köklənirik. “Liverpul” bir neçə il əvvəl çempion olmaq üçün yaxşı şans qazanmışdı, amma bundan istifadə edə bilməmişdi. Mən həmin hadisənin bizi indi olduğumuz yerə gətirdiyini düşünməyi üstün tuturam.Keçən mövsüm “Mançester Siti” daha yaxşı olduğu üçün çempionluğu qazandı. İndi onlar hələ də yaxşıdırlarmı? Mən belə düşünmürəm. Bizim fantastik komandamız var və “Mançester Siti” bizdən yaxşı deyil. Mən daha yaxşı olduğunu düşünən hər kəsin fikrinə hörmət edirəm. Amma onlar səhv fikirləşirlər və biz bunu sübut edəcəyik.”Liverpul” böyük komandadır və biz bütün turnirlərdə qalib olmaq istəyirik. Mən əminəm ki, İngiltərə çempionu olacağıq və Premyer Liqanın ən yaxşı komandası olduğumuzu sübut edəcəyik”.xeber100.com