İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah 2017/2018 mövsümün ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar futbolçu İngiltərə Premyer Liqası tərəfindən mövsümün oyunçusu nominasiyasında qalib olub. O, bu nominasiyaya namizəd olan belçikalı Kevin de Brüyne, Rəhim Sterlinq (hər ikisi “Mançester Siti”), ispan David De Xeya (“Mançester Yunayted”), Hari Keyn (“Tottenxem”) və ingiltərəli Ceyms Tarkovskini (“Börnli”) qabaqlayıb.Qeyd edək ki, İngiltərə Premyer Liqasında sona bir tur qalmış 36 oyunda 32 qol vurmuş Məhəmməd Salah artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülüb. O, daha əvvəl isə Premyer Liqanın oyunçuları və ingiltərəli jurnalistlər tərəfindən ilin futbolçusu nominasiyasında qalib olub. Bundan başqa, 25 yaşlı Salah noyabr, dekabr, fevral və mart aylarının ən yaxşı oyunçusu seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…