“Liverpul” klubunun yarımmüdafiəçisi rekordunu yeniləyib

28 Aprel 2022 13:20

Xəbər 406 dəfə oxunub

“Liverpul” klubunun yarımmüdafiəçisi Sadio Mane Didye Droqbanın rekordunu yeniləyib. Mane UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal” ilə oyunda fərqlənməklə turnirdə qollarının sayını 14-ə çatdırıb. Belə ki, daha əvvəl afrikalı futbolçular arasında Avropanın nüfuzlu klub turnirində ən çox qol vuran D.Droqba idi – 14.“Enfild” stadionunda keçirilən oyunda “Liverpul” rəqibini 2:0 hesabı ilə məğlub edib.Mane 2016-cı ildən İngiltərə təmsilçisində çıxış edir. Futbolçunun klubu ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.xeber100.com