Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində” mövzusunda panel iclası keçirilib. Apa-nın məlumatına görə, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib. Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova bildirib edib ki, son 5 ildə dünyada geosiyasi dəyişikliklər baş verib. O bildirib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirib. Lobbiçilik haqqında danışan S. Patzer-İsmayılova qeyd edib ki, lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. O bildirib ki, lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də zəruridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək qarşımızda duran ən ümdə vəzifə olmalıdır”. Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov isə bildirib ki, avropalılar heç vaxt digər xalqların nümayəndələrini eyni səviyyədə görmək istəmirlər: “Lakin biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla, əlaqələrimizi genişləndirmişik. Diaspora diplomatiyasının gücləndirilməsi çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan azərbaycanlı peşəkar diplomatların edə bilməyəcəyini edə bilər”. “Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal isə lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Onun fikrincə, hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında digər ölkələrin vətəndaşlarını, ən yüksək dairələri məlumatlandırmaq lazımdır: “Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır”. Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır: “Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı bir lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadığı ölkənin siyasi-ictimai həyatında da fəal rol oynamağa çalışmalıdır”. Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə isə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: “Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik”.Ukrayna-Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov qurultayın keçirilməsinin önəmini qeyd edib. O, Ukraynada yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu deyib. M. Ömərov bildirib ki, siyasətçilərlə, KİV-lə əlaqələr qurulub: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması istiqamətində iş aparılır. Artıq bu gün dünyada dürüst azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər və bizə inanırlar”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…