ABŞ-ın müdafiə sənayesi sahəsində tanınmış “Lockheed Martin” şirkəti Yaponiyaya gizlilik texnologiyası ilə təchiz edilən qırıcıların konstruksiyasını təklif etməyi planlaşdırır.Azərtac xəbər verir ki, yeni konstruksiyanın ixracı qadağan edilən “F-22 Raptor” və təkmilləşmiş “F-35 Lightning II” qırıcılarına oxşayacağı bildirilir.Məlumatlara görə, məsələ artıq Yaponiya Müdafiə Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirə edilib. ABŞ hökuməti razılıq verdikdən sonra yapon tərəfinin sorğusuna əsasən (RFI) “görünməz” hərbi texnologiya bu ölkəyə təklif ediləcək.Yüksək klassifikasiyalı və proqram təminatlı konstruksiyaların Çini üstələmək üçün Yaponiyaya verilməsi barədə qərar Prezident Donald Trampın ABŞ-ın silah ixracı siyasətini dəyişmək barədə vədini də yoxlamağa imkan yaradacaq.Yeni təyyarə “F-22” və “F-35” qırıcılarının xüsusiyyətlərini özündə birləşdirərək onların hər ikisini üstələyəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…