Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, – deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…