ABŞ-ın Los-Anceles Kino Akademiyası “Oskar” mükafatına namizəd ekran əsərlərinin adlarını açıqlayıb.Anadolu Xəbər Agentliyinin məlumatına görə, namizəd göstərilən ekran əsərləri arasında “La-La Land” filmi birinci yeri tutur. Eyni zamanda, bu filmin adı 14 nominasiyada hallanır.Bununla yanaşı, “Ən yaxşı film” nominasiyasında “Aslan”, “Döyüş vadisi”, “Hər vəchlə”, “Gəliş”, “Hasarlar”, “Dəniz kənarında Mançester”, “Gizli fiqurlar”, “La-La Land” və “Ay işığı” filmlərindən biri qalib elan olunacaq.“Ən yaxşı kişi aktyor” nominasiyasında birincilik uğrunda Viqqo Mortensen (“Kapitan Fantastik”), Rayan Qoslinq (“La La Land”), Denzel Vaşinqton (“Hasarlar”), Keysi Afflek (“Dəniz kənarında Mançester”) və Endryu Qarfild (“Döyüş vadisi”) mübarizə aparacaqlar.“Ən yaxşı aktrisa” nominasiyasında Natali Portman (“Ceki”), Rut Neqqa (“Sevmək”), İzabel Yupper (“Elle”), Meril Strip (“Florens Foster Cenkins”) və Emma Stounun (“La-La Land”) namizədliyi irəli sürülüb.Həmçinin “Ən yaxşı rejissor” adı uğrunda Barri Cenkins (“Ay işığı”), Kennet Lonerqan (“Dəniz kənarında Mançester”), Mel Gibson (“Döyüş vadisi”), Deni Vilnöv (“Gəliş”) və Demyen Şazell (“La La Land”) mübarizə aparacaqlar.Qeyd edək ki, “Oskar” mükafatı fevralın 26-da təqdim olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…