ABŞ-ın Los-Anceles şəhərinin müəllimləri hökumətlə “məhsuldar danışıqlara” baxmayaraq, yanvarın 22-də tətillərini davam etdirəcəklər.“Los Angeles Times” qəzeti xəbər verir ki, müəllimlərin “United Teachers Los Angeles” həmkarlar ittifaqı sazişə nail olsalar belə, tətilin baş tutacağını bildirib.“Biz sazişə nail olmaq üzərində yorulmadan işləyirik, beş gündə və şəhər administrasiyasında 50 saatdan çox sürən danışıqlarda böyük irəliləyiş əldə etmişik. Tərəflər hələ də danışıqlar stolu arxasındadır və mən ümid edirəm ki, müəllimlərin və gənclərin siniflərə qayıtması üçün son addımlar atılacaq”, – danışıqlarda vasitəçilik edən şəhər meri Erik Garsetti Twitter səhifəsində belə yazıb.Ötən həftənin bazar ertəsi günü Los-Anceles şəhərinin dövlət məktəblərinin 30 mindən çox müəllimi tətilə çıxmışdı. Bu, Kaliforniya ştatının ən iri şəhərində müəllimlərin son 30 ildə ilk tətili olub. Müəllimlər maaşların artırılmasını, yükün azaldılmasını və “dövlət məktəblərinə daha çox hörmət” tələb edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…