Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti “Lüfthanza” Misirin paytaxtı Qahirəyə uçuşları bərpa etdiyini elan edib.Reuters agentliyi xəbər verir ki, iyulun 19-da aviaşirkətin rəhbərliyi uçuşların dayandırılmasını təhlükəsizliklə bağlı problemlərlə əsaslandırıb. Bundan əvvəl Avropanın ən böyük aviaşirkəti “British Airways” də eyni səbəblərdən Qahirəyə aviareysləri bir həftəliyinə dayandırdığını bəyan etmişdi. Hər iki aviaşirkət atılan addımları “ehtiyat tədbirlərinin qiymətləndirilməsi çərçivəsində” təqdim edib.Ötən həftənin sonunda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi “mülki aviasiyada terror riskinin artması” ilə bağlı bu ölkənin vətəndaşlarına xəbərdarlıq edib. Nazirlik əlavə edib ki, Misirdən uçuşlarla əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…