Lüksemburq-Azərbaycan oyununda ikinci hissə davam edir

2 Sentyabr 2021 09:17

Xəbər 308 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Lüksemburq-Azərbaycan oyununda ikinci hissə davam edir.Millimiz hesab arasındakı fərqi azaldıb. Matçın 67-ci dəqiqəsində Emin Mahmudov hesab arasındakı fərqi azaldıb – 2:1.Matçın birinci hissəsi meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. Oyunun 8-ci dəqiqəsində lüksemburqlu futbolçu Mika Pinto hesabı açıb. İyirmi dəqiqə sonra millimizin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirən Jerson Rodriges komandasını hesabda önə çıxarıb.Qeyd edək ki, iki oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür.xeber100.com