Tərtər rayonunun ərazisində məcburi köçkünlər üçün 1176 ailəlik yeni yaşayış məhəlləsi inşa edilir.Azərtac xəbər verir ki, tikinti üçün 27 hektar ərazi ayrılan yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa olunacaq. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Burada? həmçinin 9,3 hektar sahədə yaşıllıqlar salınacaq, istilik sistemi üçün 2 qazanxana, 4 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 162 kubmetrlik yanğın, 1 ədəd 500 kubmetrlik suvarma üçün su anbarları, 4 transformator yarımstansiyası, 2 nasos stansiyası və sair tikiləcək.Tikintidə 1000-dən çox işçi çalışır. Artıq binaların birinci mərtəbəsinin dəmir-beton işləri əsasən başa çatdırılıb, zirzəmi hissədə hörgü işləri aparılır.Yaşayış məhəlləsində inşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…