Hesablama Palatasının 2015-ci il İş Planına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) ayrılan vəsaitlərin istifadəsinin auditi keçirilib.
“APA-Economics” Palatanın hesabatına istinadən xəbər verir ki, nəzarət tədbiri ilə ARDNF-dən MKSİF-ə 2012-2014-ci illər üzrə bərabər məbləğdə olmaqla cəmi 899 mln. 970,4 min manat vəsaiti əhatə edilib.
MKSİF-ə ayrılan vəsaitlərin istifadəsinin auditi nəticəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib.
Belə ki, MKSİF tərəfindən Azərbaycan prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası yaradılsa da faktiki olaraq fəaliyyət göstərmədiyi müəyyənləşib.
Audit sübutları ilə Dövlət Proqramı üzrə 2012-2014-cü illərdə istifadə olunan vəsaitin 54,8%-nin 2007-2011-ci illərdə nəzərdə tutulan 14 tədbirin icrasına sərf edildiyi, işlərin ehtimal olunan dəyəri müəyyən edilmədən podratçılarla iki məhəllənin tikintisi üzrə satınalma müqavilələri bağlanıldığı, avans ödənişinin təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlər təqdim edilmədən 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənildiyi aşkar edilib. Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,5 min manat məbləğində vəsait müvafiq qaydada bərpa edilib, 5 mln. 695,1 min manat məbləğində debitor borc bağlanıb və 131 mln. 363,5 min manat məbləğində əsas vəsait uçota alınıb. Qanunvericiliklə müəyyən olunmuş qaydada nöqsanlara yol vermiş MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib və 1 şəxs işdən azad edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…