“Gəncə – 2017” Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində rusdilli balacalar üçün Gəncədə “nağıl saatı” təşkil olunub.Azərtac xəbər verir ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində keçirilən tədbirdə uşaqlara müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığı haqqında məlumat verilib, əsərlərindən parçalar səsləndirilib.Dahi rus şairi, dramaturq Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığından danışan kitabxananın şöbə müdiri Ellada Rəhimova deyib ki, şair dünya ədəbiyyatına nəzm və nəsrlə yazılmış əsərləri ilə yanaşı, uşaqlar üçün aydın və səlis dillə ifadə olunan ibrətamiz nağıllar da bəxş edib. Ədibin nağıllarında acgözlük, xəsislik, yalançılıq kimi qüsurlar tənqid olunub, haqqın qələbəsindən, qəhrəmanların hər cür çətinliyə üstün gələrək sonda arzularına çatmasından söhbət açılır.Daha sonra uşaqlar “Balıqçı və balıq nağılı” əsasında çəkilmiş cizgi filminə tamaşa edib, əsərlə bağlı interaktiv müzakirəyə qoşulublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…