“Məhsul” komandası “Challenge Cup” turnirində mübarizə aparacaq

4 Oktyabr 2019 11:35

Xəbər 542 dəfə oxunub

Kişi həndbolçulardan ibarət “Məhsul” komandası “Challenge Cup” turnirində mübarizə aparacaq.Azərtac xəbər verir ki, Azərbaycan çempionu ilk mərhələdə Norveçin “Drammen HK” klubu ilə qarşılaşacaq. Oyunlar rəqib komandanın meydanında keçiriləcək. Komandalar oktyabrın 5-6-da qarşılaşacaqlar. Görüşləri Premsl Fukala və Radek Moyladan ibarət çexiyalı hakimlər briqadası idarə edəcək. Avropa Həndbol Federasiyasının rəsmi nümayəndəsi isə islandiyalı Reynir Stefansson olacaq.xeber100.com