Üzümçülük İsmayıllı rayonunda aqrar iqtisadiyyatın prioritet sahələrindəndir və hazırda bir neçə gündür ki, bölgədə məhsul yığımı kampaniyasına start verilib. Rayon icra hakimiyyətindən Azərtac-a bildirilib ki, üzümçülüyün inkişafına göstərilən dövlət qayğısının, bununla bağlı qəbul edilən Dövlət Proqramının nəticəsi olaraq rayonda plantasiyaların sahəsi 1000 hektarı keçib. Bunun da 800 hektardan çoxu bar verəndir. Hazırda məhsul yığımında hər gün orta hesabla 180-200 nəfər işçi qüvvəsi iştirak edir. Az vaxtda 100 tondan artıq üzüm yığılıb. Yığılan məhsul əsasən süfrə sortudur. Odur ki, üzüm birbaşa istehlakçılara göndərilir. Rayonun Kürdmaşı, Hacıhətəmli, Mollaisaqlı icra nümayəndəliklərində, İvanovka kolxozunda məhsul yığımına daha ciddi hazırlıqla başlanılıb və bu mühüm kampaniyanın vaxtında, itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. İsmayıllıda cari mövsümdə bağlardan 2500 tondan çox üzüm yığılacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…