Martın 10-da Milli Məclisin plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi davam etdirilib.Azərtac xəbər verir ki, bu qanun layihəsinin hazırlanmasında məqsəd erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, ətraf aləmə həssas münasibətinin formalaşdırılması, onların sağlamlığının mühafizəsi, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının təmin edilməsidir.Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir və bu sahədə xidmətlər göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratik prinsiplər əsas tutulmaqla “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, digər aidiyyəti hüquqi normativ aktlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.Bu qanun layihəsi Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…