Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsi çərçivəsində ikinci təlim-seminar Xəzər rayonunda təşkil olunub. BŞTİ-dən Azərtac-a bildirilib ki, paytaxtın ümumtəhsil məktəblərini əhatə edən layihənin məqsədi keyfiyyətli tədrisi, təhsil sahəsindəki yenilikləri və digər məsələləri təbliğ etməkdən ibarətdir. Xəzər rayonundakı 234 nömrəli tam orta məktəbdə təşkil olunmuş təlim-seminarda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edib. Təlim-seminarda BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib. Layihə çərçivəsində təşkil edilən sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Qeyd edək ki, “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar Bakının 12 inzibati rayonu üzrə təşkil olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…