Məktəblilər arasında keçirilən şahmat festivalının ikinci mərhələsinə start verilib

28 Aprel 2016 12:05

Xəbər 1522 dəfə oxunub

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən respublika şahmat festivalının ikinci mərhələsinə start verilib. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Bakı şəhərindəki 12 nömrəli məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın ikinci mərhələsində birinci mərhələdə – rayondaxili yarışlarda birinci yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400-dək şagird final mərhələsində mübarizə aparacaq. Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. Doqquz turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.xeber100.com