Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində ilk dəfə yay düşərgələri təşkil olunur.Azərtac xəbər verir ki, iyulun 3-də Bakıdakı 276 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində yay düşərgələrinin açılış mərasimi keçirilib.Mərasimdə təhsil nazirinin müavini F.Qurbanov bu sahənin inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışıb.Pilot layihə barədə məlumat verən nazir müavini qeyd edib ki, layihə çərçivəsində yay düşərgələri 18 məktəbdə təşkil olunur. Yay düşərgələrində V-VIII siniflərin şagirdləri iştirak edəcəklər.Əsas məqsəd yay istirahəti dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla fəal gənclərin formalaşdırılmasıdır. Bu məqsədlə müvafiq proqram çərçivəsində şagirdlərə dərsdənkənar saatlarda akademik fənlərin tədris olunması və onların dünyagörüşünü artıran tədbirlərin keçirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…