Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq.Mənzil İnşaatı Dövlət Agentliyindən Azərtac-a bildirilib ki, ölkə başçısının 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən güzəştli mənzillərin satış qaydaları müəyyən edilib. Sənəddə mənzillərin vətəndaşlar tərəfindən alınma mexanizmi və bu mənzilləri almaq hüququ olan əhali kateqoriyası da göstərilib. Əsas diqqət isə gənc ailələrə verilir.Tikinti işlərinin 30 faizindən çoxunun başa çatmasından sonra, güzəştli şərtlərlə mənzillərin satışına başlanacaq. Eyni zamanda, ödəniş şərti də seçilə bilər – bu, birdəfəlik ödəniş və ya güzəştli kredit ola bilər.Mənzilin dəyəri daxili perimetr üzrə hesablanacaq. Təqdim edilən 33 kvadratmetrlik birotaqlı mənzil xarici perimetrin hesablanması zamanı 40 kvadratmetrə çıxacaq. Bu isə artıq 20 faiz fərq – artım deməkdir.Dövlətin güzəştli mənzil proqramı iki əsas güzəşt təqdim edir. Belə ki, mənzilin yerləşməsindən asılı olaraq qiymətlər bazar qiymətindən aşağı olacaq. Eləcə də, Azərbaycan İpoteka Fondu tərəfindən illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq.Sənəddə, həmçinin hər il 3 min yeni mənzilin istifadəyə verilməsi öhdəlik kimi qoyulur. Bu, əmlak bazarının, təxminən, 10 faizi deməkdir. Sonrakı mərhələlərdə uyğun qiymətə əmlak sistemini ölkənin başqa şəhər və regionlarında inkişaf etdirmək öhdəliyi müəyyən edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…